I

Vergi

01

Vergi xidmətləri

  • Yerli qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin vergi uçotunun tam və dəqiq aparılması
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, Mənfəət/Gəlir, Ödəmə Mənbəyində Tutulan Vergi, Əmlak, Torpaq və s.) tərtibi, yoxlanılması və Dövlət Vergi Xidmətinə vaxtında təqdim olunması
  • Vergi qanunvericiliyindəki son dəyişikliklərin izlənilməsi, biznesə təsirinin təhlil edilməsi və cari vergi məsələləri üzrə şifahi/yazılı konsultasiyaların verilməsi
  • Dövlət sosial müdafiə (DSMF) və işsizlikdən sığorta hesabatlarının hazırlanması və müvafiq portal vasitəsilə göndərilməsi
02

Vergi planlaşdırılması

  • Müəssisənin maliyyə modelinə və fəaliyyət sahəsinə tam uyğun gələn optimal vergi yükünün müəyyənləşdirilməsi
  • Qanunvericilikdə nəzərdə tutulmuş vergi azadolmaları, güzəştləri və azad iqtisadi zonaların üstünlüklərindən maksimum effektiv istifadə strategiyalarının qurulması
  • İri əməliyyatların, investisiya layihələrinin və beynəlxalq sövdələşmələrin həyata keçirilməsindən öncə onların vergi nəticələrinin modelləşdirilməsi və qiymətləndirilməsi
  • Müəssisələrin təkrar təşkili (birləşmə, bölünmə, qoşulma) zamanı vergi öhdəliklərinin optimallaşdırılması
03

Vergi yoxlamalarına dəstək və təmsilçilik

  • Kameral vergi yoxlamaları çərçivəsində vergi orqanlarından daxil olan məktub, dəqiqləşdirmə və sorğuların cavablandırılması, tələb olunan sənədlərin hazırlanması
  • Səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri zamanı şirkət ərazisində vergi müfəttişləri ilə ünsiyyətin idarə olunması və prosesin hüquqi çərçivədə saxlanılması
  • Yoxlama nəticəsində tərtib olunmuş aktlara, hesablanmış vergi və cərimələrə qarşı əsaslandırılmış etiraz məktublarının, inzibati və ya məhkəmə şikayətlərinin tərtibi
  • Dövlət Vergi Xidməti və digər aidiyyəti dövlət qurumlarında müəssisənin maraqlarının peşəkar səviyyədə təmsil edilməsi
04

Vergi risklərinin yoxlanılması

  • Müəssisənin keçmiş dövrlərdəki vergi əməliyyatlarının hərtərəfli auditi (Tax Health Check) və potensial vergi risklərinin aşkarlanması
  • Riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatların, transfer qiymətləndirməsinin və e-qaimələrin vergi qanunvericiliyinə uyğunluğunun təhlili
  • Aşkarlanmış uyğunsuzluqlar üzrə cərimə, maliyyə sanksiyaları və faiz hesablamalarının öncədən təspiti
  • Risklərin aradan qaldırılması və ya minimallaşdırılması üçün düzəliş bəyannamələrinin təqdim olunması və tədbirlər planının hazırlanması
II

Mühasibatlıq və Maliyyə

05

Mühasibat uçotunun yoxlanılması

  • Mövcud mühasibat bazasında (1C və s.) aparılmış yazılışların, hesablar planının və sintetik/analitik uçotun dürüstlüyünün auditi
  • İlkin uçot sənədlərinin (e-qaimə, təhvil-təslim aktları, kassa və bank sənədləri) mühasibat yazılışlarına tam və düzgün köçürülməsinin yoxlanılması
  • Aktivlərin, öhdəliklərin və kapitalın balansda real əks olunmasının, debitor və kreditor borclarının doğruluğunun təhlili
  • Uçotda buraxılmış sistemli xətaların aradan qaldırılması və bazanın tam qaydaya salınması üçün addım-addım tövsiyələr paketinin təqdim edilməsi
06

Mühasibatlıq xidmətləri

  • Mühasibat uçotunun sıfırdan qurulması, uçot siyasətinin işlənilməsi və ya qarışıq düşmüş uçotun bərpası (rekonstruksiyası)
  • Gündəlik ilkin sənədlərin (e-qaimə fakturaların yazılması, qəbulu, silinmə aktları, etibarnamələr) tərtibi və 1C proqramına daxil edilməsi
  • Bank hesablarının idarə olunması, yerli və xarici valyutada ödəniş tapşırıqlarının hazırlanması, kassa əməliyyatlarının aparılması
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının uçotu, köhnəlmənin hesablanması və inventarizasiya prosesinin mühasibatlıqda əks olunması
07

Maliyyə xidmətləri

  • İdarəetmə hesabatlarının - Pul vəsaitlərinin hərəkəti (Cash Flow), Mənfəət və Zərər (P&L) və Maliyyə vəziyyəti haqqında hesabatın (Balance Sheet) tərtibi
  • Şirkətin illik və ya operativ büdcəsinin hazırlanması, büdcə-icra kənarlaşmalarının təhlili
  • Əsas maliyyə əmsallarının (likvidlik, rentabellik, borc yükü və s.) hesablanması və rəhbərlik üçün biznes analitikanın təqdim olunması
  • Maya dəyərinin (Costing) dəqiq hesablanması və xərclərin optimallaşdırılması üzrə maliyyə mexanizmlərinin qurulması
III

Hüquq

08

Hüquq xidmətləri

  • Şirkətlərin gündəlik fəaliyyətinin tam hüquqi müşayiəti (Outsourcing Legal Services) və hüquqi rəylərin hazırlanması
  • Şirkətlərin təsis edilməsi, nizamnamə kapitalının artırılması/azaldılması, təsisçi dəyişikliyi, reorqanizasiya və ləğv edilməsi prosedurları
  • Kommersiya mübahisələrinin məhkəmədənkənar (pre-trial) həlli, iddia ərizələrinin, cavab hissələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması
  • Məhkəmə proseslərində və digər dövlət/özəl təşkilatlar qarşısında şirkətin maraqlarının müdafiə olunması
09

Müqavilə hüququ üzrə xidmətlər

  • Yerli və xarici tərəfdaşlarla bağlanacaq hər türlü kommersiya müqavilələrinin (alğı-satqı, xidmət, podrat, distrbyusiya, icarə, françayzinq və s.) sıfırdan hazırlanması
  • Üçüncü tərəflər tərəfindən təqdim edilən müqavilələrin hüquqi ekspertizası, risklərin müəyyən edilməsi və şirkət üçün əlverişli şərtlərlə dəyişdirilməsi
  • Müqavilələrin icrasına nəzarət mexanizmlərinin qurulması və müqavilə öhdəliklərinin pozulması zamanı dəymiş zərər və dəbbə pulunun (cərimənin) tələb edilməsi
  • Əmək müqavilələri, məxfilik sazişləri (NDA) və maddi-məsuliyyət müqavilələrinin qanunvericiliyə uyğun tərtibi
10

Miqrasiya hüququ üzrə xidmətlər

  • Xarici mütəxəssislər və rəhbər heyət üçün Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazələrinin (MYİ/DYİ) alınması
  • Xarici vətəndaşların ölkədə qanuni çalışması üçün tələb olunan iş icazələrinin (əmək miqrasiyası) alınması və müddətinin uzadılması
  • Xarici əməkdaşlar üçün viza dəvətlərinin (asan viza və ya rəsmi dəvətlər) təşkili və olduğu yer üzrə qeydiyyat prosedurlarının icrası
  • Miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı inzibati cərimələrin və məhdudiyyətlərin (stopların) aradan qaldırılmasına hüquqi dəstək
IV

Audit, HR və Lisenziya

11

İnsan Resursları xidmətləri

  • Kadr kargüzarlığının Əmək Məcəlləsinə tam uyğun şəkildə sıfırdan qurulması, kadr əmrlərinin, ştat cədvəlinin, məzuniyyət qrafiklərinin hazırlanması
  • Əmək müqavilələrinin və onlara əlavələrin tərtib edilməsi, "Əmək və Məşğulluq" alt sistemində (ƏMAS) operativ qeydiyyata alınması və xitam verilməsi
  • Əmək haqqı, məzuniyyət ödənişləri, xəstəlik və hamiləlik vərəqələri, son haqq-hesab və ezamiyyət xərclərinin dəqiq hesablanması
  • İşçilərin vəzifə təlimatlarının (Job Descriptions), daxili intizam qaydalarının və HR siyasətlərinin hazırlanması
12

Maliyyə və Vergi Auditi xidmətləri

  • Maliyyə hesabatlarının Beynəlxalq Standartlara (MHBS / IFRS) və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün MHBS-ə uyğunluğunun müstəqil auditi
  • Şirkətin vergi öhdəliklərinin düzgün hesablandığını təsdiq edən müstəqil vergi auditi və rəsmi audit rəyinin hazırlanması
  • Şirkətdaxili nəzarət mexanizmlərinin, əməliyyat effektivliyinin və dələduzluq (fraud) risklərinin qiymətləndirilməsi üzrə daxili audit xidməti
  • İnvestisiya qərarlarından öncə hədəf şirkətin maliyyə-vergi vəziyyətinin hərtərəfli araşdırılması (Due Diligence)
13

Lisenziyaların, patentlərin alınması xidmətləri

  • Xüsusi razılıq (lisenziya) və icazə tələb olunan fəaliyyət növləri üçün sənəd paketinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması
  • İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına lisenziya müraciətlərinin olunması və lisenziyanın alınmasınadək prosesin izlənilməsi
  • Əmtəə nişanlarının (loqo, brend adı), ixtiraların və faydalı modellərin Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınması və patentləşdirilməsi
  • Beynəlxalq əmtəə nişanlarının qeydiyyatı (Madrid sistemi) və əqli mülkiyyət hüquqlarının qorunması üzrə konsultasiya

Hansı xidmətin sizə lazım olduğuna əmin deyilsiniz? Vəziyyəti birlikdə nəzərdən keçirək.

Müraciət göndər